Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Oskan Sarkisyan diqqət çəkən məlumat yayıb.
"Mamul" nəşrinin yaydığı məlumata görə o, Ukraynada qırılan erməni döyüşçülərin sayının artmasından gileylənib.
"Bu yaxınlarda Rusiyanın Ryazan şəhərində Verin Karmiraqpyur kəndindən olan Gevorq Kiziryan dəfn edilib. O, Rusiya Federasiyasının vətəndaşı olub və Kiziryanın 30-a yaxın yaşı var idi. Ukraynada davam edən müharibə zamanı bir qrup hərbçi, o cümlədən Gevorq havadan endirilən zərbədən sonra sıradan çıxarılkıb. Hərbi xəstəxanada, onun sağ qalacağına ümid var imiş. Lakin Gevorqun vəziyyəti pisləşib. Kiziryanın dəfn mərasimi Ryazanda keçirilib. Əvvəllər də Ukraynada Tavuş zonasından olan digər erməni gənclər də həlak olub”,- Sarkisyan yazıb.
Tural