ABŞ Çinin kiber hücumlarından narahatdır.
“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, ABŞ Maliyyə Departamentinin katibi Janet Yellen və Çinin Baş nazirinin müavini He Lifenq arasında virtual görüş keçirilib.
Görüşdə ikitərəfli iqtisadi-ticari münasibətlər müzakirə olunub.
ABŞ rəsmisi Janet Yellen Çinin qeyri-stabil iqtisadi siyasəti və bu istiqamətdə atdığı addımların qəbuledilməz olduğunu bildirib.
Yellen, həmiçinin ABŞ Çinin kiber hücumlarından narahat olduğunu da vurğulayıb. Çinin rəsmi He Lifenq də öz növbəsində Çinin narahatlıqlarını qarşı tərəfin diqqətinə çatdırıb. He Lifenq ABŞ-yə ticari münasibətlərdə Çinə qarşı tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Eyni zamanda, Yellen He Lifenqen nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə maddi dəstək göstərən Çin şirkətlərinin ABŞ-nin sanksiya siyahısına düşəcəklər:
“ABŞ Rusiyanın Ukraynada təcavüzünə dəstək verən Çin şirkətlərə sanksiya tətbiq etməkdə qərarlıdır”.