AZ

ÇL-in ikiqat qalibi peşəkar klub statusunu itirdi

Asiya Çempionlar Liqasının ikiqat qalibi, səkkizqat Çin çempionu "Quançjou" peşəkar statusunu itirib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda maliyyə problemlərinə görə Çin Futbol Assosiasiyasından 2025-ci ildə yarışmaq üçün lisenziya ala bilməyib.

"Quançjou" 2011-2017-ci illərdə, eləcə də 2019-cu ildə Çin çempionu olub. Klub 2013 və 2015-ci illərdə Asiya Çempionlar Liqasının qalibi olub. Müxtəlif vaxtlarda komandanı Fabio Kannavaro, Luiz Felipe Skolari və Marçello Lippi çalışdırıb.

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr