Almaniyanın qərbində Rimbax qəsəbəsində naməlum şəxs banka bıçaqla hücum edib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda onun bir qadını girov götürdüyü müşahidə olunur.
Hadisənin “Volksbank” bankının şöbələrindən birində qeydə alındığı bildirilir.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və səlahiyyətli şəxslər insidenti törədənin tələblərini öyrənməyə çaışırlar.