AZ

Suriya beynəlxalq hava reyslərini bərpa edib

Trend. Bakı

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfəolaraq Dəməşq hava limanı beynəlxalq hava reyslərini qəbul etməyəvə göndərməyə başlayıb.

Trend xəbər verirki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, "Syrian Airlines" aviaşirkətinin Dəməşq- Şarja(BƏƏ) hava reysi bu gün yerli vaxtla 11:45-də baş tutub və dekabrın8-dən bəri aeroportun ilk beynəlxalq kommersiya reysinəçevrilib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 8-də Əsəd rejiminidəstəkləyən qüvvələr Dəməşq hava limanını tərk edib. İlk daxilihava reysi isə Dəməşq-Hələb aviareysi olub və dekabrın 18-də baştutub.

Həmin vaxtdan bəri paytaxtın hava limanına beynəlxalq humanitaryardım və xarici diplomatik nümayəndə heyətlərini daşıyantəyyarələr enməyə başlayıb.

Məqalədə:
Seçilən
49
1
az.trend.az

2Mənbələr