ABŞ-ın maliyyə naziri Canet Yellen Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifenq ilə virtual görüş keçirib.
Publika.az xəbər verir ki, Yellen Pekini Ukrayna məsələsində Rusiyaya kömək etdiyinə görə hədələyib.
Bildirilir ki, nazir Moskvaya maddi dəstək göstərəcəyi təqdirdə Çin şirkətlərinin ciddi fəsadlarla üzləşəcəyini bəyan edib.
Qeyd olunur ki, Yellen həmçinin Pekinin kiberməkanda sponsorluq etdiyi qurumların zərərli fəaliyyətindən narahatlığını ifadə edib və Çin Xalq Respublikasının qeyri-bazar siyasətini mənfi xarakterizə edib.