AZ

Cənubi Koreya prezidentinin həbsi İSTƏNİLDİ

Cənubi Koreya məhkəməsi ölkə prezidenti Yun Sok Yolu haqqında yenidən həbs qərarı çıxarıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Koreya Respublikasının Korrupsiyaya qarşı İstintaq İdarəsinin başçısı O Don Un vəzifəsi dayandırılmış prezident Yun Sok Yolunun həbs edə bilmədiyinə görə üzr istəyib və ikinci cəhddə uğur qazanacağına söz verib.

Cümə günü prezidentin həbsinə order almış CIO əməkdaşları onu saxlamağa cəhd etsələr də, təhlükəsizlik detallarının müqaviməti nəticəsində buna nail ola bilməyiblər.

CIO-nun hərəkətləri ilə bağlı tənqidlərə cavab olaraq O Don Un bir çox gözlənilməz problemlər yarandığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Seçilən
32
medianews.az

1Mənbələr