AZ

Azərbaycanın su ehtiyatlarının idarə edilməsi və meliorasiya sahəsində yeni dövr – Professor Zakir Musayevlə MÜSAHİBƏ

Bakı. Trend:

Azərbaycanda su ehtiyatlarının məhdud olduğu heç kimə sirrdeyil. Əlbəttə ki, o da məlumdur ki, bu təbii sərvət ölkəmiziniqtisadi və sosial inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Suyalnız içməli su təchizatı və kənd təsərrüfatı üçün deyil, həm dəsənaye və ekoloji balansın qorunması baxımından önəmli birresursdur. Bu resursun effektiv idarə edilməsi və meliorasiyasahəsində aparılan işlər ölkə iqtisadiyyatının dayanıqlılığınıtəmin etmək üçün böyük rol oynayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və sutəsərrüfatı tikintisi kafedrasının fəaliyyəti, məhz bu sahənininkişafına, su təsərrüfatının idarə olunmasına və ölkəmizinmeliorasiya infrastrukturunun təkmilləşdirilməsinə həsr olunub.Kadr hazırlığı elmi tədqiqatlar və istehsalatla olan əlaqələr buistiqamətdəki uğurları təmin edən mühüm amillərdir. Su təsərrüfatısahəsindəki elmi-texniki inkişaflar və istehsalat elm vəhdətiyalnız nəzəri biliklərin deyil, həm də praktiki həllərin tətbiqinəşərait yaradır.
Bugünkü müsahibəmizdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin“Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının sonillərdəki inkişafı, Azərsu ilə əməkdaşlıq, beynəlxalq əlaqələr vəsu təsərrüfatı sahəsindəki elmi tədqiqatlar barədə geniş məlumatalmaq məqsədilə bu sahədəki önəmli işləri ilə tanınan professorZakir Musayev ilə söhbət edəcəyik.

Zakir müəllim, son 20 ildə Meliorasiya və Su TəsərrüfatıTikintisi kafedrasının elmi-texniki inkişafı və əldə etdiyimiznailiyyətlər barədə məlumat verməyinizi xahiş edirik.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) artıq 50ildir ki, elm və təhsil sahəsində uğurla fəaliyyət göstərir.Universitetimiz son dövrlərdə dünya nüfuzlu “QS QuacquarelliSymonds” agentliyinin “QS Europe 2025” və “QS Western Asia 2025”reytinqlərində inkişaf göstərərək sırasını yüksəldib. Buuniversitetimizin strateji fəaliyyətinin və keyfiyyətli təhsilingöstəricisidir. Bu yarıməsrlik dövr ərzində universitetimizin digərkafedraları kimi bizim kafedranın da xüsusi rolu olmuşdur.Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrası Su Təsərrüfatı vəMühəndis Kommunikasiya Sistemləri fakültəsinin tərkibində fəaliyyətgöstərir və elmi-texniki inkişaf sahəsində mühüm addımlaratılmışdır.

Son 20 il ərzində kafedramızda 15-dən çox yerli və xaricidoktorant və tədqiqatçı doktoranturaya qəbul edilmiş,dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. Hazırda da 3doktorant müdafiə ərəfəsindədir. Dövlət büdcəsi hesabınaapardığımız elmi tədqiqatlar müvəffəqiyyətlə tamamlanmış və əldəedilən yeniliklər istehsalata tətbiq olunmuş, beynəlxalqjurnallarda nəşr edilmişdir.

2003-cü ildə, universitetimizin rektoru professor GülçöhrəMəmmədovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti və TəhsilNazirliyi ilə aparılan danışıqlar nəticəsində Neft-qaz sənayesindəmühəndis qurğularının tikintisi ixtisası üzrə bakalavr təhsilibaşlamışdır. Bu, ulu öndər Heydər Əliyevin yeni neftstrategiyasının həyata keçirildiyi bir dövrə təsadüf edir vəmütəxəssis hazırlığının vacibliyini vurğulayırdı. Sonradan bu sahə“Dəniz hidrotexniki qurğuların tikintisi” magistratura proqramı iləgenişlənmişdir.

Hazırda kafedramız 3 ixtisas üzrə mütəxəssis hazırlayır və busahədə yüzlərlə elmi vəsait hazırlanıb nəşr olunmuşdur.

Kafedranın elmi-texniki inkişafında dövlət və elmi qurumlarlaəməkdaşlıq xüsusilə önəmlidir. Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi, Ekologiya İnstitutu və digər aparıcı elmi istehsalatmüəssisələri ilə əməkdaşlıq qurulmuş, kafedramızın filiallarıyaradılmışdır. Hər il doktoranturaya qəbul həyata keçirilir.

Kadrlarımızın xarici dil biliklərinin, xüsusilə ingilis dili vəmüasir kompüter texnologiyalarının inkişafına xüsusi diqqətyetirilir. Xarici universitetlərlə əməkdaşlıq artdıqca,kafedramızın əməkdaşları beynəlxalq proqramlarda iştirakı dagenişlənir.

Laboratoriya bazamız tam yenidən qurulmuş və xüsusən “Hidravlikavə hidravliki maşınlar” laboratoriyası təkmilləşdirilmişdir. Bu,tələbələrin geniş istifadə etdiyi vacib məkanlardan biridir.

Uğurlarımız çoxdur, lakin missiyamız yekunlaşmayıb, məqsədimizsürətlə dəyişən müasir dünya elm və tədris sahəsində daim inkişafedərək öncül sıralarda olmaqdır.

Fakültənin və kafedranın istehsalatla əlaqələri necəinkişaf edib? Xüsusilə, Azərsu ilə olan əməkdaşlıqdan bəhsedərdinizmi? Bu əməkdaşlığın elmi və praktiki nəticələri barədə nədeyə bilərsiniz?

Fakültənin və kafedranın istehsalatla əlaqələri uzun müddətdirki, davamlı olaraq inkişaf edir. Xüsusilə, Azərsu ilə olanəməkdaşlıq bu əlaqələrin əhəmiyyətli bir nümunəsidir. Buəməkdaşlığın elmi və praktiki nəticələri olduqca müsbət olub, həmtələbələr üçün, həm də istehsalat sahəsi üçün faydalıdır.

Bilirsiniz, ixtisas kafedralarının istehsalat sahələri ilə sıxəməkdaşlıq etməsi çox vacibdir. Bu qarşılıqlı əlaqələr yalnız kağızüzərində qalmaqla kifayətlənməməli, həmçinin praktiki tətbiqinitapmalıdır. Bu prinsipi əsas götürərək, tələbələrimizi müasiristehsalatın tələblərinə uyğun mütəxəssis kimi hazırlamaq məqsədinigüdürük.

Kafedramızın Azərsu ASC, SOCAR və Ekologiya İnstitutu iləəməkdaşlığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələn,2012-ci ildə Azərsu ilə universitetimiz arasında "Təhsil, elm,ixtisaslaşdırma, əmək məşğulluğu sahəsində əməkdaşlıq" haqqındamüqavilə imzalanıb. Bu müqavilə nəticəsində 21 tələbəmizə təqaüdayrılmışdır.

Eyni zamanda, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilədə analoji müqavilə imzalanmışdı. Yadımda qalır ki, uzun illər bumüəssisənin sədri olmuş Əhməd Əhmədzadə, fakültəmizdə təhsil alanaz təminatlı tələbələrin təhsil haqqını ödəməyə yardımçı olmuş vəfərqlənən tələbələrin ixtisaslarına uyğun işlə təmin olunmasınaxüsusi diqqət yetirmişdir. Onun dəstəyi ilə hətta bəzitələbələrimiz müdafiə zamanı işlə təmin edilmişdi və bu gün onlarmeliorasiya sahəsində strateji vəzifələrdə fəaliyyət göstərirlər.SOCAR ilə əməkdaşlığımız nəticəsində isə neft-qaz mühəndisliyiixtisası üzrə təhsil alan tələbələrimiz, şirkətin obyektlərində vəzavodlarında təcrübə keçərək peşəkar bacarıqlarını inkişafetdirirlər. Bu əlaqələr hal-hazırda daha səmərəli və yeni müstəvidədavam etdirilir.

Ümumiyyətlə, ixtisas kafedrasının istehsalat sahələri iləqarşılıqlı əlaqəsi, hər iki tərəfin inkişafı və uğuru üçün olduqcavacibdir. Bu əməkdaşlıq tələbələrə real iş mühiti ilə tanış olmaq,nəzəri bilikləri praktiki bacarıqlara çevirmək imkanı verir.

Əlbəttə ki, beynəlxalq əlaqələrin inkişafı da mühüm roloynayır. Kafedranın beynəlxalq əlaqələri və əməkdaşlıqları hansıistiqamətlərdə irəliləyib?

Beynəlxalq əlaqələrin inkişafı, müasir dövrün ən mühümməsələlərindən biridir. Kafedramızın beynəlxalq əlaqələri vəəməkdaşlıqları da bu baxımdan mühüm irəliləyişlər əldə etmişdir.Hər bir elmi sahə, o cümlədən hər bir ixtisas beynəlxalq təcrübəmübadiləsi və inteqrasiya vasitəsilə daha da inkişaf edir. Müasirdünyada heç bir sahə qarşılıqlı əlaqələr olmadan uğur qazanabilməz. Elm və pedaqoji sahələrdə bu qarşılıqlı mübadilələr vəbeynəlxalq əlaqələr, fikir mübadiləsi və ideya müzakirələri uğurunəsasını təşkil edir.

Son illərdə universitetimizin və kafedramızın beynəlxalqəlaqələri daha da genişlənmiş, müxtəlif ölkələrlə əməkdaşlıqdərinləşmişdir. Məsələn, kafedramızın əməkdaşları Almaniya,Türkiyə, İspaniya, Cənubi Koreya, İran, Özbəkistan və digərölkələrdə ezamiyyətdə olub, ustad dərsləri keçmiş, beynəlxalqkonfranslarda elmi məruzələr təqdim etmişlər. Hal-hazırda isəkafedramızda qardaş Qazaxıstan Respublikasının Korkut AtaUniversitetinin iki əməkdaşı fəaliyyət göstərir. Bu əməkdaşlıqnəticəsində, "Мелиорация, рекультивация и охрана почвы" adlı dərsvəsaiti rus dilində işıq üzü görmüşdür.

Yeri gəlmişkən qeyd edim ki, bu növ beynəlxalq əməkdaşlıq yalnızelmi və pedaqoji sahələrə töhfə vermir, eyni zamanda qardaş xalqlarvə digər millətlər arasında mədəni və tarixi əlaqələrin inkişafınada müsbət təsir göstərir.

Azərbaycanda su təsərrüfatı sahəsinin inkişafı ilə bağlıson dövrlərdə hansı mühüm yeniliklər və texnoloji tərəqqilər başverib? Bu dəyişikliklər Meliorasiya və su təsərrüfatı tikintisikafedrasının fəaliyyətinə necə təsir edib?

Meliorasiya və irriqasiya sahəsinin inkişafının əsası XX əsrinəvvəllərində qoyulsa da, bu sahənin əsas inkişafı ümummilli liderHeydər Əliyevin ölkəmizə ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdəreallaşmışdır. Bu dövrdə geniş meliorasiya və su təsərrüfatıinfrastrukturu yaradılmış, böyük su anbarları, hidroqovşaqlar,kanallar və digər mühüm obyektlər tikilmişdir. Hazırda ölkədə 22milyard kubmetr həcmi olan 135 su anbarı, 51800 km suvarma kanalı,32633 km kollektor-drenaj şəbəkəsi və 138 min hidrotexniki qurğufəaliyyət göstərir.

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda su təsərrüfatısahəsində son dövrlərdə mühüm yeniliklər və texnoloji tərəqqilərbaş verməkdədir. Bu inkişaflar Meliorasiya və su təsərrüfatıtikintisi kafedrasının fəaliyyətinə də təsir edib. Kafedramızdaaparılan tədqiqatlar bu sahəyə müasir texnologiyaların tətbiqolunması işinə mühim töhfələr vermişdir. Məsələn, Türyançayüzərindəki suqəbuledici qurğularda axınlar smart texnologiya iləavtomatik idarə olunur və torpaq bəndinin drenaj sistemi müasirmetodlarla təkmilləşdirilib. Ayrıca, Taxtakörpü-Ceyranbatankanalında da yeni qurğuların tətbiqi ilə bağlı mühüm tədqiqatlaraparılmışdır. Qeyd edim ki, bu cür inkişaflar sahə üzrə mütəxəssishazırlığını daha da gücləndirir.

Zakir müəllim, Sizin fikirinizcə, azad olunmuşərazilərimizdə su ehtiyatlarının səmərəli idarə olunması vəmeliorasiya işlərinin bərpası üçün hansı addımlaratılmalıdır?

İşğal dövründə bu ərazilərin təbii su obyektləri ciddi şəkildəzərər görmüş, su təsərrüfatı obyektləri isə qəsdən dağıdılmışdır.Bu səbəbdən, ilk növbədə su ehtiyatlarının müasir tələblərə uyğunöyrənilməsi və mövcud vəziyyətin araşdırılması vacibdir. Eynizamanda, hidrotexniki qurğuların bərpası üçün elmi təhlil vətədqiqatlar aparılmalı, su mənbələrindəki dəyişikliklərin səbəbləriöyrənilməlidir.

Şanlı Zəfərimizdən sonra, Laçın rayonunda Həkəri çayı üzərindəkiGüləbird Su Elektrik Stansiyasının bərpası bu sahədə atılmış mühümaddımlardan biridir. Bu, yalnız infrastrukturun yaradılması deyil,həm də bizim sülh və quruculuq əzminin simvoludur. Azad olunmuşərazilərin su ehtiyatlarından istifadə etmək, iqtisadi inkişafımızamühüm töhfə verəcək.

Gələcəkdə, su təsərrüfatı və meliorasiya sahəsində daha effektivnəticələr əldə etmək üçün yeni su anbarları yaradılmalı, yağışsularından səmərəli istifadə edilməli, itkisiz və qapalı suvarmaüsulları genişləndirilməlidir. Həmçinin, təbii su hövzələrinin vəkiçik çayların çirklənmədən qorunması önəmlidir. Bu sahədə təhsil,elm və müvafiq təşkilatlar arasında əməkdaşlıq gücləndirilməli,əhali arasında təbliğat işləri aparılmalıdır. Bütün bu addımlar,yalnız xarici təcrübəni kopyalamaqla deyil, yerli şəraitə uyğunolaraq elmi əsaslarla həyata keçirilməlidir.

Siz, həmçinin “Ekologiya və Su təsərrüfatı” jurnalınıntəsisçisisiniz. Jurnalın fəaliyyətini və su təsərrüfatı sahəsindəelmi tədqiqatların dəstəklənməsində rolunu necəqiymətləndirirsiniz?

“Ekologiya və Su Təsərrüfatı” jurnalı 2004-cü ildə təsis edilmişvə artıq 20 ildir ki, müvəffəqiyyətlə nəşr olunur. Bu, bizim üçünqürurverici bir haldır. Jurnalın elmi və coğrafi baxımdan güclüredaksiya heyəti mövcuddur. Bu illər ərzində jurnalda həm anadilimizdə, həm də rus və ingilis dillərində bir çox elmi məqalələrnəşr olunmuş, elmi yeniliklər, fikirlər və tədqiqatların nəticələrigeniş oxucu auditoriyasına çatdırılmışdır. Jurnal, respublikamızınelmi-texniki dərgiləri arasında xüsusi bir yerə malikdir və heç dətəsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanındaAli Attestasiya Komissiyasının elmi sahələr üzrə dövrü elmi nəşrlərsiyahısına daxil edilmişdir.

Bu jurnal, su təsərrüfatı və meliorasiya sahəsinin nüfuzlualimləri və gənc tədqiqatçıları üçün əvəzsiz bir platformadır.Burada biz bir-birimizin tədqiqatları ilə tanış olur vəbir-birimizin işlərini dəstəkləyirik. Qlobal səviyyədə isə, bujurnal vasitəsilə ölkəmizin meliorasiya və su təsərrüfatısahəsindəki elmi potensialını nümayiş etdiririk.

Son olaraq, kafedra tərəfindən gənc nəslin sutəsərrüfatı və meliorasiya sahəsinə cəlb edilməsi məqsədilə hansıtəşəbbüsləri irəli sürürülür? Gənclərin bu sahədə mütəxəssis kimiyetişməsi üçün hansı təklifləriniz var?

Gənc nəslin su təsərrüfatı və meliorasiya sahəsinə cəlb edilməsiməqsədilə irəli sürülə biləcək təşəbbüslər müxtəlif yanaşmalartələb edir. Ən önəmlisi, bu sahənin əhəmiyyətini gənclərəçatdırmaq, onların marağını oyandırmaqdır. Bu istiqamətdə bir neçəvacib addım atıla bilər. İlk növbədə, gənclərə bu sahənin vacibliyivə gələcəkdəki karyera imkanları haqqında geniş məlumatverilməlidir. Təhsil müəssisələri, müxtəlif informasiya resursları,sosial şəbəkələr və internet vasitəsilə su təsərrüfatı vəmeliorasiya sahəsinin əhəmiyyətini və bu sahədə çalışanmütəxəssislərin gələcəkdəki rolu barədə məlumatlandırmakampaniyaları təşkil edilməlidir. Universitetlər və təhsil ocaqlarıda bu məqsədlə müxtəlif təbliğat işləri aparmalı, məktəblərdə,rayonlarda gənclərlə görüşlər keçirilməlidir. Məsələn, bizimuniversitetin əməkdaşları və kafedra üzvləri müxtəlif şəhər vərayonlarda gənclərlə, abituryentlərlə görüşərək bu sahənin müasirtələblərini və perspektivlərini onlara çatdırır.

Bundan əlavə, tələbələrin və gənclərin bu sahəyə marağınıartırmaq üçün, təhsil alan tələbələrimiz də öz ətraflarına bubarədə məlumatlar verir, öz yaşadıqları bölgələrdə və məktəblərindəsu təsərrüfatı və meliorasiya sahəsinə dair məlumatlar paylaşır.Beləliklə, gələcək mütəxəssislər yalnız universitetin tədrisprosesinə deyil, həm də cəmiyyətin digər təbəqələrinə bu sahənitanıtmaqla daha geniş təsir əldə edirlər.

Şanlı Zəfərimizdən sonra işğaldan azad olunan ərazilərdə sutəsərrüfatı və meliorasiya sahəsində mütəxəssis tələbinin artdığınıgənclərimiz daha yaxşı anlayır və bu da onların marağını artırır.Son illər kafedramızın ixtisaslarına olan tələb artmış və qəbulplanı tam olaraq yerinə yetirilmişdir, bu da gənclərin bu sahəyəmarağının və tələbinin artdığını göstərir.

Gəncləri bu sahədə mütəxəssis kimi yetişdirmək üçün tədrisprosesinə beynəlxalq standartlar tətbiq edilməlidir. Bu məqsədlə,Cənubi Koreyanın Kongung Universiteti, Bussan Universiteti,Türkiyənin İSKİ-si, Almaniyanın "İnter-Baku" və Qazaxıstanın KorkudAta Universiteti ilə əməkdaşlıq genişləndirilərək, qarşılıqlımütəxəssis və tələbə mübadiləsi həyata keçirilməlidir. Eynizamanda, onlayn seminarlar, debatlar və digər tədbirlər təşkiledilməlidir ki, gənclər bu sahədə ən son təhsil və praktikabiliklərinə yiyələnsinlər.
Bütün bu təşəbbüslər gənclərin su təsərrüfatı və meliorasiyasahəsində mütəxəssis kimi yetişməsinə və bu sahəyə olan marağınartmasına yönəlib. Həqiqətən də, sabahın tələblərinə uyğunixtisaslı kadrlar yetişdirmək üçün bu günə qədər görülən işlərindavamı olaraq beynəlxalq təhsil meyarlarına uyğun şəkildə fəaliyyətgöstərmək olduqca vacibdir.

Seçilən
61
4
az.trend.az

5Mənbələr