AZ

Fransada iki bərənin toqquşması nəticəsində xəsarət alanlar var – ÖZƏL

Mayot sahillərində iki bərənin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Olaylar.az xəbər verir ki, bu haqda BFMTV məlumat yayıb. Hadisə zamanı bərələrdən birində Fransa Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen də olub.

Marin Le Pen bölgəyə dağıdıcı "Şido" qasırğasından sonra yerli sakinlərə dəstək olmaq və infrastrukturun bərpa işlərini izləmək məqsədilə səfər edib. Toqquşma zamanı sərnişinlərin əksəriyyəti göyərtədə olub. Hadisə nəticəsində ən azı üç nəfər yüngül xəsarət alıb. Marin Le Pen isə xəsarət almayıb.

Hazırda bərələrin bütün sərnişinləri başqa bir gəmiyə təxliyə olunub. Toqquşan bərələr öz gücü ilə limana qayıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
olaylar.az

1Mənbələr