AZ

Evinə Türk bayrağı ilə dönən suriyalı - FOTO

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədəki suriyalılar öz ölkəsinə dönməyə başlayıb.

Modern.az-ın məlumatına görə, ölkəsinə geri qayıdan suriyalılardan biri də 22 yaşlı Abdulkadir Alloughlazdır.

O, öz ölkəsinə Türkiyə bayrağı ilə qayıdıb.

Hələbdə yaşayan gənc Öncüpınar gömrük keçid məntəqəsindən Suriyaya qayıdıb.

"Türk xalqını çox sevirəm. 13 ildir bu bayraq altında yaşayıram. Qapılarını bizə açan yeganə ölkə Türkiyə olub, Türkiyəni heç vaxt unutmayacam. Suriyadakı evimin ortasında özümlə gətirdiyim bu bayrağı asacağam. Bu bayrağı öz namusumuz kimi görürük və hər zaman daşıyacağıq", - o, TRT-yə açıqlamasında deyib.

 

1408779

Seçilən
74
50
modern.az

10Mənbələr