Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli CBC TV Azerbaijan kanalında qaçqınların hüquqları ilə bağlı çıxışı zamanı bildirib ki, bu hüquqlar beynəlxalq hüquqla təsbit olunmuş vacib prinsipə əsaslanır.
QHT.az xəbər verir ki, Ramil İsgəndərli qeyd edib:
*"Ter-Petrosyanın çıxışı bir daha qaçqınların Ermənistan ərazisindən qovulmuş şəxslərin öz vətənlərinə qayıtmaq hüququnun təbliği və təşviqinin zəruriliyini sübut edir. Qayıtmaq hüququ — beynəlxalq hüquqda təsbit olunmuş hüquqi konsepsiyadır və hər bir şəxsə, vaxtilə zorla öz vətənindən qovulmuş şəxs olaraq, könüllü şəkildə geri dönmə hüququnu təmin edir. Bu hüququn həyata keçirilməsi prosesi aşağıdakı hüquqları da əhatə edir:
- Yaşamaq və sərbəst hərəkət etmək hüququ
- Ədalətli məhkəmə araşdırması və kompensasiya hüququ."*
Ramil İsgəndərlinin sözlərinə görə, qaçqınların öz vətənlərinə qayıtmaq hüququnun müdafiəsi beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun çıxışı bu hüququn təbliği və tanıdılması istiqamətində mühüm mesajdır.
Pərvanə Fərhadqızı