Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Ukraynaya diqqət yetirməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, Makron yanvarın 6-da qeyd edib ki, Rusiya Federasiyası qonşu dövlətlərə qarşı “daha aqressiv” davranır. O, nümunə kimi Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərini göstərib.
Fransa lideri bildirib ki, Moskva Gürcüstanda seçki prosesini pozmağa çalışıb.
İrakli Kobaxidze mediaya müsahibəsində deyib: “Qoy Fransa prezidenti Ukraynanı məhv etmək üçün fədakarlıq göstərsin, mən əsl problemin nə olduğunu bilirəm”.