AZ

Azərbaycanın su anbarları və su ehtiyatlarından səmərəli istifadənin yolları

Castin Trüdo Kanadanın hakim Liberal Partiyasının lideri  və baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. 

SeherXeber.org xəbər verir ki, o, istefa verdiyini bəyan etsə də, varisi seçilənədək vəzifəsini icra edəcək.

İctimai rəy sorğuları partiyaya dəstəyin azaldığını göstərdikdən sonra Trüdonu istefaya çağıran Liberal Partiyası deputatlarının sayı artıb.

"Meduza" yazır ki, oktyabrdan gec olmayaraq ölkədə liberalların demək olar ki, uduzacağı parlament seçkiləri keçirilməlidir. 

Baş nazirin istefasına səbəb isə liderlik etdiyi Liberal Partiyası daxilində yaranmış fikir ayrılıqlarıdır.

Castin Trüdo 2013-cü ildən Liberal Partiyasına liderlik edir, 2015-ci ildən isə baş nazirdir. 

Mürtəza

SeherXeber.org

Seçilən
67
seherxeber.org

1Mənbələr