Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Müdafiə Nazirliyinə “Gepard” zenit-top kompleksləri üçün əlavə 35 mm-lik döyüş sursatları tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün şirkət 180 min ədədlik sursat sifarişi alıb.
Qeyd olunub ki, 35 mm-lik HEI-T sursatlarının tədarükünü əhatə edən sifariş Almaniya tərəfindən maliyyələşdirilir.
Həmçinin bax: “Rheinmetall” Ukrayna üçün 300 min ədəd 35 mm-lik mərmi istehsal edəcək