AZ

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıratəşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqındasərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının dövlətbüdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər vədigər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dənorta hesabla 15 faiz artırılıb:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti vəAparatı, Gəncə bölməsinin Aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onlarınfilialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlaəlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrarİnnovasiya Mərkəzinin Aparatı;

1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanındaMaliyyə Elm -Tədris Mərkəzi;

1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətüzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin DövlətFilm Fondu;

1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinintabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi NazirliyininMilli Aerokosmik Agentliyinin Aparatı;

1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və MəhkəməPsixiatrik Ekspertiza Mərkəzi;

1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin MilliKulinariya Mərkəzi;

1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmişmühasibatlıqlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifəmaaşlarının yeni məbləğlərini təsdiq etməli; bu Sərəncamdan irəligələn digər məsələləri həll eməlidir.

Seçilən
25
48
az.trend.az

10Mənbələr