AZ

Bütün hədəflər reallığa çevriləcək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Poladlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində görülən işlər və əldə olunan uğurlu nəticələrdən bəhs edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran milli məqsədləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcəkdir. “Bütün hədəflər reallığa çevriləcək”, - deyə vurğulanıb.

Təşviqat qrupunun üzvləri Teymur Ağayev, Səristan Bağıyev, İrzaxan İsmayılov, Əbil Hüseynov seçiciləri fəal olmağa, uğurlarımızın davamı naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər bələdiyyə seçkilərində aktiv iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr