Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 75 milyon 43 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 434 min manat və ya 3% çoxdur.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 72 milyon 610 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 44 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 694 min manat və ya 2,3 dəfə azdır.
Keçən ilin eyni dövründə 4 milyon 737 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 4% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.