AZ

Soyuqdəymə zamanı nə edək?- Əhaliyə tövsiyələr

Soyuqdəymə xəstəlikləri (Cold diseases) kimi tanınan, həyat tərzinə çevrilən yuxarı tənəffüs yollarının kataral iltihabı ilə xarakterizə edilən virus xəstəliklərinin ildən ilə vüsət alması narahatlıq doğurmaya bilməz (nəzərə alaq ki, COVİD-19 pandemiyası bitsə də, infeksiya ocaqları hələ də sönməyib).


"Medicina" azəhaliyə soyuqdəymə zamanı aşağıdakı tədbirləri tövsiyə edirik:


Yataq rejiminə keçmək və yaxşı ventilyasiya olunan, günəş şüaları düşən ayrı bir otaqda sağalana qədər təcrid olmaq, otağın havasını mütəmadi dəyişmək

Bol maye qəbul etmək (çünki bu zaman aşırı su və elektrolit itkisi baş verir və dehidratasiya yaranır)

Hərarət 38 dərəcə və ondan yuxarı qalxarsa, Paracetamol 500 mg həbi (1 ədəd, uşaqlara isə eyni tərkibli Panadol və ya Eferalqan siropu vermək) qəbul etməli (xroniki qaraciyər xəstəliklərində Paracetamol əsaslı dərmanlar ehtiyatla qəbul edilməli)

Vitaminli qidalara üstünlük verilməli (bu proseslərdə orqanizmdəən çox utilizasiya edilən vitamin C - Askorbin turşusu olduğundan onun konsentrasiyalı variantı olan Pascorbin 7.5g-50ml - yüksəkdozalı vitamin C infuziyası daha məqsədəuyğun ola bilər).

Bundan əlavə, Pascorbin preparatı immun sistemihüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyalara qarşı immun cavabı təmin edir.


MEDİCİNA.AZ

Seçilən
30
medicina.az

1Mənbələr