AZ

Zaporojyada daha bir yeraltı məktəb tikilir

Bakı, 7 yanvar, AZƏRTAC

Təhlükəsiz oflayn təhsil layihəsi çərçivəsində Zaporojyada şagirdləri yerləşdirmək üçün nəzərdə tutulmuş daha bir yeraltı məktəb tikilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xəbər agentliyi olan Ukrinform məlumat yayıb. Bildirilib ki, Zaporojya vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov tikintinin əsas hissəsinin artıq başa çatdığını vurğulayaraq öz sosial hesabında məlumat paylaşıb.

Qubernator onu da qeyd edib ki, məktəb təxminən yerin 7 metr dərinliyində tikilir. Ümumi sahəsi 1300 kvadratmetrdir. Məktəb eyni vaxtda 500-ə qədər şagirdi və ya iki növbədə 1000 şagirdi qəbul etmək gücünə malikdir.

Xatırladaq ki, Ukraynada 2024-cü ildə 11 yeraltı məktəbin tikintisinə başlanılıb. Onlardan ikisi artıq şagirdləri qəbul etməyə hazırdır.

Seçilən
44
5
azertag.az

6Mənbələr