Bakı, 7 yanvar, AZƏRTAC
Çinin daha iki futbol klubu peşəkar statusunu itirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bunlar “Çançjou” və “Hunan Siantao” komandalarıdır.
Çin Futbol Assosiasiyası borcları səbəbindən adıçəkilən klublara lisenziya verməyib.
Daha əvvəl eyni səbəbdən “Quançjou” futbol klubunun da peşəkar statusu əlindən alınıb.
Hər üç klub peşəkar səviyyəli turnirlərdə iştirak edə bilməyəcəklər.