Ermənistan Naxçıvan istiqamətində yeni hücum istehkamları qurur
Ajans.az-ın "Без Тормозов" teleqram kanalına istinadən yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Naxçıvan yaxınlığında bunker və beton tipli istehkamlar tikir.
Məlumatda qeyd olunur ki, mühəndis-istehkam işləri daha əvvəl şərti sərhəd boyu aparılsa da, indi bu proses Naxçıvan istiqamətində də genişlənib. Yeni tikilən istehkamlar arasında təminat yolları və əlaqə xətləri mövcuddur. Bu istehkamlar Naxçıvan ərazisinə bir neçə kilometr məsafədə yerləşir.