AZ

Amerikada quş qripindən ilk ölüm


ABŞ-da quş qripinin mutasiyasiyasına yoluxduğu təsdiq olunan xəstə öldü.

"Medicina" xəbər verir ki, bu, ABŞ-də H5N1 quş qripi virusundan ilk insan ölümü hadisəsidir.

65 yaşlı kişinin çöl quşları ilə təmasdan sonra xəstələndiyi deyilir.


Bu vaxta qədər ABŞ-də H5N1 virusuna insanlar arasında ən azı 66 yoluxma halı qeydə alınıb. Luiziana hadisəsi istisna olmaqla, bunların hamısı yüngül formada - tənəffüs simptomları və ya konyunktivitlə müşahidə olunub.

Xəstəlik ev quşu, çöl quşu və xəstə mal-qaradan keçir.

Aygün M

Seçilən
64
medicina.az

1Mənbələr