AZ

İranda məcburi hicab qanunu layihəsi təxirə salındı - VİDEO

Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərlə keçirdiyi mətbuat konfransında “Hicab və İffət Qanunu” layihəsinin təxirə salındığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tələbə” informasiya agentliyi yayıb.

Fatimə Mühacirani məcburi hicab layihəsi barədə bildirib ki, qanunun bəzi müddəalarının ağır sosial nəticələri ola bilərdi.

“Düzgün və ağıllı addım ataraq biz “Hicab və İffət Qanununu” təxirə saldıq. İranlı qadınlar qədimdən iffətli olublar”, - deyə, hökumət sözçüsü vurğulayıb.



Bizim.Media

Seçilən
26
4
bizim.media

7Mənbələr