"Real" iki braziliyalı cinah oyunçusu Vinisius Junior və Rodriqonu satmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki futbolçu onlara olan inamı itirib. "Los Blankos"un rəhbərliyi Vinisiusda xarakterinə görə, Rodriqoda isə qeyri-sabitliyinə görə məyusluq yaşayıb.
Qeyd olunur ki, daha bir braziliyalı, zədəli müdafiəçi Eder Militao da yayda komandanı tərk edə bilər.