AZ

Nazirlik əlil və şəhid ailələri üçün 10 milyona 109 ev alır: 3 rayon üzrə tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Xidmətlər Agentliyi” əlilliyi müəyyən edilmiş şəxslər  və şəhid ailələrinə mənzillərin satın alınması üçün tender elan edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı dövlət satınalmalarının vahid internet portalında bildirilib.

Agentlik əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzil satın almaq istəyir.

Cəmi 109 mənzil alınacaq. Bunun üçün 10 milyon 490 min 850 manat ayrılıb.

Təkliflərin son təqdim olunma tarixi və vaxtı fevralın 20-nə təyin edilib.

"Cebheinfo.az"

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr