AZ

Rusiyada evlənmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdi

Ajans.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin əmrinə istinadən məlumat verib.

Daxili İşlər Nazirliyinin yeni müddəaları 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı artıq əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin nəzarət edilən vətəndaşların reyestrində olub-olmamasını yoxlaya biləcək. Siyahıda olmaq nikahı qeydə almaqdan imtina üçün əsas sayılacaq.

“Rusiya Federasiyasında əcnəbi vətəndaşların hüquqi statusu haqqında” federal qanunun yeni normalarına əsasən, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədən çıxarılma rejimi tətbiq olunacaq. Onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər.

Seçilən
24
Ajans.az

1Mənbələr