AZ

ABŞ-də növbəti silahlı hücum, 1 ölü

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Honduras konsulluğu yaxınlığında silahlı hücum olub.
 
Bu barədə Meksika Xarici İşlər Nazirliyinin sosial media hesabında açıqlama verilib.
 
Açıqlamada konsulluqda mühafizəçi işləyən Meksika vətəndaşının hadisə yerində dünyasını dəyişdiyi, bir nəfərin isə xəstəxanaya aparıldığı bildirilib.
 
Hadisənin ardınca bir şübhəlinin nəzarətə alındığı və hücumla bağlı araşdırma aparıldığı qeyd edilib.
 
 
 

Seçilən
29
1
7news.az

2Mənbələr