AZ

Təyyarə cinayətinə bulaşmış "Rusiya nümayəndələrindən" hələ xəbər yoxdur...

Image

“Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir”

“Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzası) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.

Bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bildirib.

Prezident qeyd edib ki,  bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.

Görəsən, Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul edəcəkmi?

“Rusiyanın Cənubi Qafqazdakı mütəfiqinə qarşı ədalətli mövqe sərgiləyəcəyini gözləyirik”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısı İlham Əliyev haqlı olaraq Azərbaycan tərəfinin mövqeyini çox düzgün şəkildə bəyan etdi: “Rusiyanın Cənubi Qafqazdakı mütəfiqinə qarşı ədalətli mövqe sərgiləyəcəyini gözləyirik. İlham Əliyev məlum məsələni düzgün və açıq şəkildə ifadə etdi. Bu səbəbdən də hesab edirəm ki, Rusiya tərəfi bu olaya həssaslıq göstərməyə borcludur. Ancaq Rusiya tərəfinin günahkarların cəzalanması üçün ədalətli qərar qəbul edəcəyi düzgün davranışdan asılıdır. Rusiya tərəfi müdrik, ədalətli qərar verərsə, o zaman günahkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Müdrik, düzgün qərar verə bilməyəcəklərsə, bu, iki dövlət arasında münasibətlərin zədələnməsinə səbəb olacaq”.

Ekspert hesab edir ki, Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir. Bununla yanaşı, cinayətkarlar qanun qarşısına çıxarılmalı və ən sərt formada onların cəzalanması təmin edilməlidir ki, bu sahədə çalışan digər şəxslərə dərs olsun. Eyni zamanda Azərbaycandan rəsmi şəkildə üzr istənməli, beynəlxalq hüquq normalarına uyğun konpensasiyalar ödənilməlidir.

Günel CƏLİLOVA





Seçilən
55
baki-xeber.com

1Mənbələr