AZ

Fransa beynəlxalq hüququn pozulması faktına 30 il göz yumub - Deputat

Bakı. Trend:

Son 30 ildə beynəlxalq hüququ pozan tərəf Ermənistan olub.Ermənistan BMT-nin qətnamələrinə baxmayaraq, suveren və qonşudövlətin ərazisini işğal edib, insanları evlərindən qovub, onlarınşəxsi mülklərini talan edib, dağıdıb. Fransa beynəlxalq hüququn buşəkildə pozulması faktına 30 il göz yumub.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Deputat Fransanın revanşizmi dəstəkləməsi meyillərindən sözaçıb:

“Fransa işğal faktlarını bəzən ört-basdır edib, bəzəndəstəkləyib, bəzən maddi yardım göndərib. Azərbaycan işğaldakıərazilərini azad etdikdən, öz ərazi bütövlüyünü təmin etdikdənsonra belə Fransa yenə də Ermənistana dəstək verir, silah göndərir,onu yeni müharibələrə həvəsləndirir, regionda gərginlik yaradır.Bu, eyni zamanda, bir növ separatizm, revanşizmin dəstəklənməsi vənəticədə, beynəlxalq hüququn pozulmasıdır. Bununla bağlı açıq-aydınbeynəlxalq sənədlər, BMT-nin qətnamələri var”.

Fariz İsmayılzadə diqqətə çatdırıb ki, Azərbaycanın dəstəkgöstərdiyi, yardım göndərdiyi ölkələrin sayı 140-a çatıb:

“Azərbaycan kasıb, inkişaf etməkdə olan ölkələrin hüquqlarınımüdafiə edir. Bunu təkcə Yeni Kaledoniyada yox, pandemiya dövründəvaksinlərin paylanılmasında, COP29 tədbirində ada dövlətlərininhüquqlarının müdafiə olunmasında da gördük. Azərbaycan dünyadaəzilən, hüquqları pozulan, sözünü çatdıra bilməyən ölkələri müdafiəedir, onlara yardım göndərir, dəstək verir. Bu, təkcə YeniKaledoniyaya yox, bir çox ölkələrə aiddir”.

Seçilən
15
az.trend.az

1Mənbələr