AZ

20 min ukraynalı uşaq Rusiyaya qaçırılıb - Hərbi təlimlərə cəlb edilmək üçün

Rusiya Ukraynadan qaçırdığı uşaqları Volqoqrad vilayətindəki “vətənpərvərlik tərbiyəsi” mərkəzi adlandırdığı “Avanqard” düşərgəsinə göndərib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda uşaqların Rusiya hərbi məktəblərində hərbi təlim aldığı iddia edilir.

“Financial Times” nəşri isə yazır ki, Rusiyaya aparılan ukraynalı uşaqlara Rusiya vətəndaşlığının verilməsi haqqında fərmanlar verilib. Nəşrin apardığı araşdırmaya görə, Rusiya hakimiyyəti Ukraynadan qaçırılan təxminən 20 min uşağı Rusiyaya aparıb və orada övladlığa verib. Araşdırmalar nəticəsində bu uşaqlardan dördünün Rusiyanın övladlığa götürmə rəsmi saytında qeydiyyatda olduğu müəyyən edilib.

Qeyd olunub ki, qəzetin araşdırmasında uşağın şəxsiyyəti və yeri görüntü tanıma vasitələri və dövlət qeydlərindən istifadə edilərək müəyyən edilib. Rusiyanın “usynovite.ru” saytında müəyyən edilən bu uşaqlar Ukraynadan qaçırılaraq Rusiyada yeni şəxsiyyətlərlə qeydiyyata alınıblar. Bəzi uşaqların adları və yaşları dəyişdirilib.

“AzPolitika.info”

Seçilən
48
azpolitika.info

1Mənbələr