AZ

Kainatın genişlənməsinin sirri –ÖZƏL

Olaylar.az xəbər verir ki, alimlər Kainatın sürətlənmiş genişlənməsinin səbəbini qaranlıq enerji yox, zamanın müxtəlif bölgələrdə fərqli axması ilə izah edirlər.

Qalaktikalardan gələn işığın qırmızıya çevrilməsi Kainatın genişləndiyini göstərir. Lakin genişlənmə sürəti ilə bağlı alınan fərqli nəticələr "Habbla gərginliyi" adlanan problemi ortaya çıxarıb.

Araşdırmalara görə, qravitasiya təsiri ilə böyük kütlələrin olduğu bölgələrdə zaman daha yavaş axır. Məsələn, Süd Yolunda zaman boşluq bölgələrinə nisbətən 35% yavaş axır. Bu fərq uzaq qalaktikaların sürətlə uzaqlaşdığı təəssüratını yaradır.

Əgər bu nəzəriyyə təsdiqlənsə, qaranlıq enerji konsepsiyasına ehtiyac qalmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
32
olaylar.az

10Mənbələr