AZ

Adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Ayxan İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 15-nə təyin olunub.

Qeyd edək ki, Ayxan İbrahimli Bakının Xətai rayonu Sabit Orucov küçəsində aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.24-cü maddəsi ilə ittiham irəli sürülüb. Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur. Teylor Fətişoğlu özü də hazırda həbsdədir.

Şəbnəm Mehdizadə

Seçilən
68
e-huquq.az

1Mənbələr