Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa səfirləri ilə illik görüşdə Rusiyanın Gürcüstan və digər postsovet ölkələrinə qarşı aqressiv siyasətindən danışan Fransa prezidenti Emmanuel Makronun bəyanatını şərh edib.
Onun sözlərinə görə, son illər Rusiyanın qonşu ölkələrə təcavüzü xeyli artıb ki, bu da Gürcüstanda - 2024-cü il oktyabrın 26-da keçirilən seçkilər zamanı özünü büruzə verib.
Kobaxidzenin sözlərinə görə, Rusiya Federasiyası müdaxilə edərsə, bu, yalnız qonşu dövlətlər kontekstində Ukraynadır. Və o, Makrona məhvə məhkum etdikləri Ukraynanın qayğısına qalmağı tövsiyə edib.
“Mən əsl problemin nədən ibarət olduğunu deyirəm - yalana şərh verə bilmərəm.
Mən hamının üzləşdiyi problemi şərh edirəm - bu, dağıdılmış Ukraynadır”, - deyə baş nazir yekunlaşdırıb.