Təyyarə faciəsi və Prezident İlham Əliyevin prinsipial reaksiyası Qərb paytaxtlarına şok effekti yaratdı
Ermənistan növbəti dəfə geosiyasi qarşıdurma alətinə çevrilir
2025-ci il üçün Azərbaycan ətrafındakı vəziyyəti şərtləndirən amillərin əksəriyyəti ötən ilin sonlarında formalaşıb və yaxın perspektivə təsir edəcək.
Rusiya ilə münasibətlərdə fasilə gözlənilir. Kreml Azərbaycanın mülki təyyarəsinə edilən hücuma görə günahını etiraf etməyib. İlk hesabat üçün araşdırma müddəti 30 gündür, yəni yanvarın sonuna kimi təyyarə qəzasının səbəblərinə aydınlıq gətirilməlidir. Bir çox skeptiklər Braziliyanı qara qutuların göndərilməsi üçün doğru ünvan hesab etmirlər. Lakin Braziliya bu təyyarələri istehsal edən ölkədir və Bakı kimi onlar üçün də təyyarənin texniki nasazlıqlara görə yox, kənar təsirlərə görə qəzaya uğradığını müəyyən etmək vacibdir.