32 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Yayda Arif Əsədovla əməkdaşlığa son qoyulanda Fernando Santuş yanına azərbaycanlı məqşçi gətirəcəyini demişdi. Lakin Əsədov ayrılarkən də, elə bu təyinat açıqlanarkən də müəyyən narazılıqlar baş qaldırdı. Çoxu Əsədovun milliyə daha böyük töhfə verəcəyini düşünürdüsə, Eyyubovun milliyə hazır olmadığını deyənlər də var.
Bəs Arif Əsədov təyinatla bağlı nə düşünür? Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“Təbii ki, bu təyinatla bağlı ancaq uğurlar arzulamaq istəyirəm. Rəşad “Sabah”da uzun müddətdi çalışır. O baxımdan Azərbaycan futbolunun içindədi, bilir. Ona görə Fernando Santuşa yerli kimi köməyi dəyə bilər. Ancaq uğurlar arzulayıram. Başqa heç nə deyə bilmərəm”.
RÖYANƏ OĞUZ