"Tottenhem"in hücumçusu Son Xın Min London klubunda oynamağa davam edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabı üzərindən paylaşım edib.
Mənbənin məlumatına görə, klub onunla müqaviləni daha bir il - 2026-cı ilin yayına qədər uzatmaq variantını aktivləşdirib.
32 yaşlı koreyalı 2015-ci ilin avqustunda "Bayer Leverkuzen"dən "Tottenhem"ə keçib.
Bu mövsüm Son hotspurluların heyətində 23 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa