AK Partiyanın Ankaradan deputatı və paytaxtın sabiq bələdiyyə sədri Melih Gökçekin oğlu Osman Gökçekin Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Ankara Böyükşəhər Bələdiyyəsinin kəfən və cənazə tabutu tenderlərindən vəsait mənimsəmələri barədə iddialarına çox sərt reaksya verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi deputatın ididalarını sərsəm saymaqla yanaşı, onun atasının vaxtilə talançılıqla məşğul olmasına toxunulub.
"Siyasəti öz yurd-yuvasına çevirmiş azğın bir siyasi tiranın ədəbsiz yavrusu millətin dəyərləri üzərindən böhtançılıqla məşğul olaraq şərlatanlıq edir. Əlbəttə, iddia edilənlərin Təftiş Kurulu tərəfindən dərhal araşdırılmasını istəyirik. Xüsusən, bir daha təkrarlayırıq, əllərində faktları olanlar dərhal, bir an belə gözləmədən Ankara Respublika Baş Prokurorluğuna şikayət etməlidir. Hər kəs bilməlidir ki, Ankara Böyükşəhər Bələdiyyəsində cinayət törədənlər heç vaxt qorumayıb və bu, mümkün də deyil.
Son olaraq, bu məsələni ictimaiyyətə bir daha xatırlatmağı da faydalı hesab edirik: əgər oğrunun oğru olduğunu unutdursan, o, özünü bir fəzilət abidəsi kimi düşünməyə başlayacaq!”.
Firudin Səfərli
MİA.AZ