AZ

Müalicə-Diaqnostika Mərkəzinin binası uçub-dağılır – 46 milyona başa gəlmiş bina niyə baxımsız qalıb? (FOTOLAR)

Qəbələ rayonunda cəmi 16 il əvvəl istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzinin binası indi baxımsız vəziyyətdə qalıb. Ötən ilin yayından etibarən Mərkəzdə stomotologiya xidmətləri istisna olmaqla bütün tibbi xidmətlər dayandırılaraq, rayonda yeni istifadəyə verilmiş Mərkəzi Xəstəxanaya köçürülüb. Sözügedən xəstəxana 2024-cü il aprelin 9-da istifadəyə verilib, Prezident İlham Əliyev də açılış mərasimində iştirak edib.

Qəbələ sakinlərinin “AzPolitika”-ya verdiyi məlumata görə, Müalicə-Diaqnostika Mərkəzində bir neçə stomotoloq, diş texniki fəaliyyət göstərir, bina mühafizəsiz qalıb və müxtəlif şəxslər tərəfindən yararsız vəziyyətə salınır. Binaya sərf olunmuş bəzi tikinti materialları oğurlanıb, yağış, külək də öz izlərini buraxır. Belə davam edərsə, tikintisinə milyonlarla manat xərclənmiş Mərkəz uçub-dağılacaq. Halbuki, ondan dövlət ehtiyacları üçün istifadə etmək olar...

Seçilən
43
azpolitika.info

1Mənbələr