AZ

Putinin dəhşətli planı ÜZƏ ÇIXDI:Məxfi sənədlərə əsasən… – FOTO

Bu yaxınlarda Rusiyaya məxsus məxfi hərbi sənədlər aşkarlanıb. Üzə çıxan məlumatlar hər kəsi dəhşətə gətirib. Məxfi sənədlərə əsasən, Rusiya Prezidenti Vladimir Putinin daha iki ölkə ilə müharibəyə hazırlaşdığı məlum olub.

Sözügedən ölkələr Cənubi Koreya və Yaponiyadır. Sənədlərdə hər iki ölkənin nüvə stansiyaları, dövlət müəssisələri və hərbi obyektlərinin yerləri göstərilib. Planın təxminən 10 il əvvələ aid olduğu bildirilir.

Məxfi sənədlərə əsasən... - FOTO 2" src="https://cdn.medianews.az/2025/01/japan-1-1024x576-1-375x211.png" sizes="(max-width: 1724px) 100vw, 1724px" srcset="//cdn.medianews.az/2025/01/japan-1-1024x576-1-375x211.png 375w, //cdn.medianews.az/2025/01/japan-1-1024x576-1-125x70.png 125w, //cdn.medianews.az/2025/01/japan-1-1024x576-1-768x432.png 768w, //cdn.medianews.az/2025/01/japan-1-1024x576-1.png 1024w" alt="Putinin dəhşətli planı ÜZƏ ÇIXDI: Məxfi sənədlərə əsasən... - FOTO" width="700" height="394" data-pin-no-hover="true" />

Maraqlıdır, Ukrayna ilə müharibə fonunda Rusiyanın daha bir cəbhədə müharibə aparması mümkündürmü? İddialar nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiyanın Cənubi Koreya və Yaponiya ilə müharibə planlarının olması qətiyyən təəccüblü deyil.

Məxfi sənədlərə əsasən... - FOTO 3" src="https://cdn.medianews.az/2025/01/bfe8e9ae58a23910f350d1e68ecee3ad-357x255.jpg" sizes="(max-width: 1723px) 100vw, 1723px" srcset="//cdn.medianews.az/2025/01/bfe8e9ae58a23910f350d1e68ecee3ad-357x255.jpg 357w, //cdn.medianews.az/2025/01/bfe8e9ae58a23910f350d1e68ecee3ad-125x89.jpg 125w, //cdn.medianews.az/2025/01/bfe8e9ae58a23910f350d1e68ecee3ad.jpg 700w" alt="Putinin dəhşətli planı ÜZƏ ÇIXDI: Məxfi sənədlərə əsasən... - FOTO" width="700" height="500" data-pin-no-hover="true" />

Politoloq bunun səbəbini belə izah edib ki, Rusiya öz siyasi ideoloji prioritetləri baxımından imperialist bir dövlətdir və onun üçün ərazi işğalı qeyri-adi hadisə deyil: “Rusiyanın indiki ərazisi başqa ölkələrin, xalqların ərazilərinin işğal olunması hesabına formalaşdırılıb. Hətta o da ola bilər ki, Rusiyanın müharibə etmək niyyətində olduğu ölkələrin sırası yalnız Cənubi Koreya və Yaponiya ilə məhdudlaşmasın. Kreml Rusiyanın sərhədləri ətrafında olan bir çox ölkələrlə müharibə etmək və onları nəzarət altına almaq planlarına malik ola bilər. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında sülh müqaviləsi imzalanmayıb. Bu ölkələr hələ də formal olaraq müharibə vəziyyətindədir. Həmçinin bu iki ölkənin arasında Kuril adaları ətrafında münaqişə mövcuddur”.

Məxfi sənədlərə əsasən... - FOTO 4" src="https://cdn.medianews.az/2025/01/shutterstock_2141151689-375x249.webp" sizes="(max-width: 1620px) 100vw, 1620px" srcset="//cdn.medianews.az/2025/01/shutterstock_2141151689-375x249.webp 375w, //cdn.medianews.az/2025/01/shutterstock_2141151689-125x83.webp 125w, //cdn.medianews.az/2025/01/shutterstock_2141151689-768x510.webp 768w, //cdn.medianews.az/2025/01/shutterstock_2141151689.webp 1000w" alt="Putinin dəhşətli planı ÜZƏ ÇIXDI: Məxfi sənədlərə əsasən... - FOTO" width="700" height="465" data-pin-no-hover="true" />

Politoloq E.Xalidbəyli deyib ki, tarixi keçmişə baxmayaraq, indiki reallıqda Rusiya Cənubi Koreya və Yaponiya ilə müharibə aparmaq imkanında deyil: “Böyük ehtimalla bu iki ölkə ABŞ-nin ən yaxın hərbi müttəfiqləri sırasına daxil olduqlarına görə Rusiya tərəfindən hədəfə götürülüb. Ancaq indiki situasiyada Rusiya buna cəsarət etməz. Çünki belə bir gücü yoxdur. Hərbi potensialı buna imkan verməz. Üstəlik də Cənubi Koreya və Yaponiyanın işğalı üçün Rusiyanın hərbi əməliyyatlarına qarşı ABŞ-nin də müdaxilə etmə ehtimalı var. Ona görə də Moskvanın daha bir və ya iki ölkənin ərazisinə hərbi müdaxiləsi indiki vəziyyətdə o qədər də inandırıcı variant deyil. Rusiya nə qədər imperialist bir dövlət olsa da Ukrayna savaşı Kremli zəiflədib. Bu baxımdan Rusiya özü üçün ikinci cəbhəni açmaz. Bu iki ölkə ilə də yaxın gələcəkdə ən azından müharibə etməyə həvəs göstərməz”.

Seçilən
55
musavat.com

1Mənbələr