AZ

«Brent» neftini qiyməti son 3 ayda - İLK DƏFƏ 77 DOLLARI KEÇDİ

Yanvarın 7-də birjalarda «Brent» markalı neftin qiyməti 77 dolları keçib.

FED.az xəbər verir ki, bu gün Londonun ICE birjasında Brent markalı neftin qiyməti prevısila 77 dolları keçib. Bu son 3 ayda neftin ən yüksək qiymətidir. Hərracların gedişində neftin qiyməti 77,15 dollar olub.

Sonradan neft bir qədər ucuzlaşıb və qiymətlər 77 dollardan aşağı düşüb. Eyni zamanda WTI neftinin qiyməti 0,59% artaraq 74,4 dollara yüksəlib.

Qeyd edək ki, son günlər Azərbaycan nefti də bahalaşır.

Belə ki, dekabrınsonundan ötən həftənin sonunadək Azərbaycan neftinin qiyməti 5 dollar artaraq 74 dollardan 79 dollara yüksəlib. Ötən gün isə qiymətlər 79,5 dollar qalxıb.

Seçilən
51
fed.az

1Mənbələr