AZ

Gürcüstan parlamentinin spikerindən Emmanuel Makron məsləhət: Çıx get!

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili hesab edib ki, Fransa prezidenti Emmanuel Makron ölkədə yeni prezident seçkiləri təyin etməlidir.

Onun fikrincə, bu, Fransadakı siyasi böhranın həllinə kömək edə bilər. “Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, lakin nəzərə alsaq ki, fransızların 61%-i prezident Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər siyasi böhran problemini həll etmək üçün yaxşı həll yolu ola bilər”, – gürcü siyasətçi X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Makron yanvarın 6-da səfirlərlə ənənəvi görüşü zamanı bildirib ki, Rusiya qonşu ölkələrə qarşı “daha aqressivləşib” və Gürcüstanda seçki prosesini pozmağa cəhd edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidentinin sözlərini yalan adlandırıb və ona “dağıdılması üçün qurban edilmiş” Ukraynaya diqqət yetirməyi tövsiyə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr