AZ

“Qalatasaray” Recep Dilek və Ali Yeşilyurtla müqaviləni yenilədi

Türkiyənin “Qalatasaray” klubu iki futbolçusu – hücumçu Recep Yalın Dilek və müdafiəçi Ali Yeşilyurtla müqavilələrin müddətini uzadıb.

Arena.az bu barədə İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Klubdan verilən məlumata görə, hər iki futbolçu 2028-ci ilin 30 iyununa qədər “sarı-qırmızılar”ın uğurları üçün çalışmağa davam edəcək.

Qeyd edək ki, hər iki futbolçu “Qalatasaray”ın öz yetirməsidir. 18 yaşlı Recep Yalın Dilek “sarı-qırmızılar”ın əsas komandasında forma geyinməyib. 19 yaşlı Ali Yeşilyurt isə əsas komandada 1 oyun keçirib. Onlar Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da çıxış ediblər.

Seçilən
36
arena.az

1Mənbələr