Ukrayna və Rusiya Federasiyası aprelin 20-dək sülh sazişi bağlaya bilər.
Editor.az xəbər verir ki, bunu Amerika beyin mərkəzi “Yorktown” İnstitutunun tədqiqatçısı Robert Klark yanvarın 7-də “Sky News”a müsahibəsində bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayarkən Ukraynadakı müharibəyə son qoymağın onun əsas beynəlxalq prioritetlərindən biri olduğunu deyib. Tramp həmçinin təqaüddə olan amerikalı general Keyt Kelloqu özünün Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edib. Klarkın sözlərinə görə, Pasxa bayramına (20 aprel) qədər sülh sazişinin əldə edilməsi “Ukrayna üçün inanılmaz dərəcədə çətin olacaq”. O qeyd edib ki, “insanlar bunun Ukraynanın qərarı olduğuna hörmət etməlidir”. Nəhayət, bu, ABŞ və ya Böyük Britaniyanın qərarı deyil, – Klark əlavə edib. “Düşünürəm ki, Amerika tərəfi Pasxa bayramı ilə bağlı hansısa razılaşmanı nəzərdən keçirəcək” – o, deyib.
Klarkın sözlərinə görə, hər şey Rusiya prezidenti Vladimir Putinin “xüsusilə Kursk kimi bölgələrdə nə qədər fədakarlığa hazır olmasından” və həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin nə qədər “qurban verməyə” hazır olacağından asılıdır.
//Samir Qurbanov, Editor.az