Bakı. Trend:
Avropa İttifaqı qaz təchizatı və anbarlardakı ehtiyatlarla bağlıproblem yaşamır.
Trend-inməlumatına görə. bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsiAnna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə 31 dekabr 2024-cüildə Ukraynanın Rusiya qazının Aİ-yə tranzitinin dayandırılması iləbağlı sualları cavablandırarkən deyib.
"Mən bunu artıq demişəm və bir daha təkrar edirəm: üzvdövlətlərin qaz təchizatında heç bir problem yoxdur", - deyəmətbuat katibi bildirib.
İtkonen təsdiqləyib ki, hazırda Avropa anbarlarında qazehtiyatlarının səviyyəsi 70 faiz təşkil edir. Bu, 2024-cü ilin eynidövründən aşağıdır, lakin 2022-ci ilə qədər orta ehtiyatsəviyyələrindən yüksəkdir. AK nümayəndəsi ötən illə fərqi xüsusiləqaza tələbatın artması ilə izah edib.