AZ

İranda 901 nəfəri edam ediblər

İranda

2024-cü ildə İranda 901 nəfər edam edilib. Edam edilənlərdən 31-i zorlamadan qaçmaq üçün ərlərini öldürməkdə və ya zorla ərə verildikdən sonra məhkum olunmuş qadınlardır.

Reyting.az
xəbər verir ki, BMT-nin İnsan Haqları Bürosunun (OHCHR) açıqlamasına görə, edamların əksəriyyəti narkotiklə əlaqəli cinayətlərlə əlaqəli olsa da, kütləvi etiraz aksiyaları zamanı saxlanılan fəallar da var.

Xüsusilə, 2022-ci ildə baş verən Mahsa Əmini etirazları zamanı saxlanılan şəxslərin adı qeyd edilir.

“İranda edam cəzasına məhkum edilənlərin sayının əvvəlki ilə nisbətən artması son dərəcə narahatedicidir. İranın artan edam dalğasını dayandırmağın vaxtı çatıb”, - BMT-nin İnsan Haqları üzrə Ali Komissarı deyib.

İranın Cenevrədəki diplomatik nümayəndəliyi hələ ki, BMT-nin bəyanatına cavab verməyib.

OHCHR sözçüsü Liz Throssell Cenevrədə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib ki, 2024-cü ildə ən azı 31 qadının edam olunmasına dair rəqəm var və bu son 15 ildə ən yüksək rəqəmdir.

E. KAMAL
Seçilən
68
reyting.az

1Mənbələr