“Qarabağ”ın futbolçusu Juninyonun “Sevilya”ya transferi baş tutmaya bilər.
Publika.az xəbər verir ki, buna səbəb Braziliyanın “Flamenqo” klubudur.
Sözügedən ölkənin aparıcı KİV-lərinin iddiasına görə, “qırmızı-qaralar” Ağdam klubuna 7-8 milyon avro, Juninyonun özünə isə 5 milyom avro məvacib ödəməyə hazır olduğunu bildirib.
Bu, “Sevilya”nın “köhlən atlar”a təklif etdiyi məbləğdən 2 dəfə çoxdur. İspaniya təmsilçisi isə Juninyoya təqribən 1,5-1,7 milyon avro maaş verməyi planlaşdırır.
“Flamenqo” “Qarabağ”ın braziliyalısından qısa zamanda qərar verməyi tələb edir. Əks halda başqa namizədlər nəzərdən keçiriləcək.