AZ

Belarus mümkün müharibəyə tab gətirə bilməyəcək – Prezident Aleksandr Lukaşenko

Prezident Aleksandr Lukaşenko bildirib ki, Ukrayna Belarusu hərbi münaqişəyə sürükləyir, hansı ki, onun dövləti bu müharibədə iştiraka tab gətirə bilməyəcək.

Editor.az xəbər verir ki, bu barədə BELTA məlumat verir: “Volodya Zelenski özünü niyə belə aparır?.. Ona əmr verirlər ki, ölkəni müharibəyə sürükləmək üçün əlinizdən gələni edin… Bizi müharibəyə sürükləyirlərsə, bu çətin vəziyyətdir. Ola bilər ki, biz buna dövlət olaraq dözə bilməyək… Amma buna dözmək lazımdır”, – deyə Lukaşenko Milad bayramını qeyd etdiyi Loqoiskdəki Müqəddəs Nikolay Möcüzəçi kilsəsində deyib. Belarus prezidenti deyib ki, onun hakimiyyəti illərində ölkə “nazik buzun üzərində getsə də, heç vaxt buzu sındırmayıb və suya düşməyib”.

Xatırladaq ki, Aleksandr Lukaşenko dəfələrlə Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb. Keçən oktyabrda o, ölkələrin ilkin şərt olmadan danışıqlara başlamalı olduğunu demişdi. Bundan əvvəl o, danışıqların 2022-ci ilin martında əldə edilmiş İstanbul razılaşmaları əsasında aparılmalı olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr