Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
XALQ.AZ xəbər verir ki, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb. Açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.