Bakı. Trend:
ABŞ administrasiyası Sudanın hərbiləşdirilmiş Çevik ReaksiyaQüvvələrini (ÇRQ) ölkədə soyqırımda ittiham edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi AntoniBlinkenin yazılı açıqlamasında bildirilib.
"15 aprel 2023-cü ildə Sudan Silahlı Qüvvələri və ÇRQ, dünyanınən pis humanitar fəlakəti ilə nəticələnən, 638.000 sudanlınıSudanın ən yaxın tarixində ən böyük aclıq içində qoyaraq,azaldılmayan qəddarlıqla münaqişəyə başlayıblar", - deyə o qeydedib.
A.Blinken əlavə edib ki, 30 milyondan çox insanın humanitaryardıma ehtiyacı var, on minlərlə insan həlak olub. "2023-cü ilindekabrında mən Sudan Silahlı Qüvvələri və ÇRQ üzvlərinin hərbicinayətlər törətdiyi qənaətinə gəldim", - deyə o bildirib.