Trend-in məlumatına görə, bu barədə ölkənin sərhəd polisinin "Telegram" kanalında bildirilib.
"Sərhəd polisi və gömrük əməkdaşları Kişinyov Beynəlxalq Hava Limanında poçt göndərişlərini emal edərkən partlayıcı qurğu kimi qəbul edilən avtomobil formasında oyuncağa bənzər əşya aşkar ediblər", - deyə qeyd olunub.
Hadisə yerinə texniki və məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri cəlb olunaraq şübhəli əşyanı zərərsizləşdiriblər.
Hava limanının fəaliyyəti normal qaydada davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31